Vətənim Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti “Samur”, “Şirvanlı”, “Xanoba” və “Yalama” sərhəd-keçid məntəqələrində monitorinq aparıb.
Komitənin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti mal və nəqliyyat vasitələrinə gömrük baxışı və yoxlamalarını, eləcə də sərhədkeçmə proseslərini yerində izləyib. Monitorinq zamanı gömrük nəzarəti, sərhədkeçmə və yük-nəqliyyat axınlarının idarə olunması sahəsindəki yeniliklər barədə məlumat verilib.
Əsas mənbə: APA
