Vətənim Media xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə Rəyasət Heyətinin qərarı səsverməyə çıxarılıb və təsdiqlənib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevi 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, yaşı və səhhəti nəzərə alınaraq cəza şərti hesab olunub. Məhkəmə, həmçinin, dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsini və əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsini qərara alıb.
Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə yönələn hərəkətlərlə bağlı ittihamlar verilib. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib.
Əsas mənbə: APA
