Tramp Oval kabinetdə əsaslı dəyişiklikləri Konqresin razılığına bağladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tramp Oval kabinetdə əsaslı dəyişiklikləri Konqresin razılığına bağladı

Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval kabineti tarixi abidə elan edən sərəncam imzalayıb. APA-nın məlumatına görə, sənəd gələcək administrasiyaların Oval kabinetdə və Ağ Evdəki Nazirlər Kabinetinin iclas zalında əsaslı dəyişikliklər etməsini Konqresin razılığı ilə mümkün edir.

Trampın sözlərinə görə, otaqların tarixi abidə statusu ilə bağlı sənədlər hüquqi qüvvəyə mindikdən sonra onların görünüşünü əsaslı şəkildə dəyişmək mümkün olmayacaq. O, müvafiq tədbirlərin hələ Konqres tərəfindən təsdiqlənməli olduğunu bildirib.

Trampın prezidentliyi dövründə Oval kabinetin interyeri, o cümlədən qızılı bəzək elementləri ilə əhəmiyyətli dərəcədə yenilənib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗