ABŞ Dövlət Departamenti Rubionun istefa verəcəyi barədə xəbəri təkzib edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ Dövlət Departamenti Rubionun istefa verəcəyi barədə xəbəri təkzib edib

Vətənim Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə dövlət katibinin köməkçisi Dilan Conson “X” hesabında “The Independent” qəzetinin Marko Rubionun administrasiyadan ayrılmağa hazırlaşdığı barədə məlumatını əsassız adlandırıb. Consonun sözlərinə görə, xəbər uydurma anonim mənbələrə əsaslanır.

“The Independent” Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək məqsədilə Donald Tramp administrasiyasından ayrılmağı nəzərdən keçirdiyini yazıb. Qəzet bu ehtimalı respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonrakı vəziyyətlə əlaqələndirib. Lakin Rubio və Ağ Ev onun istefası barədə rəsmi qərar açıqlamayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗