Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və media ictimaiyyətinin nümayəndələrini təbrik edib.
Şuranın təbrikində Zəfər Günü milli qürur, birlik və dövlətçilik iradəsinin təntənəsi kimi dəyərləndirilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mediası ölkənin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına və cəmiyyətdə qələbə əzminin qorunmasına töhfə verib. Təbrikdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, qazilərə minnətdarlıq ifadə olunub.
Əsas mənbə: www.presscouncil.az
