Bakı-Tbilisi-Qars xəttində yük daşımaları 55 faiz artıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakı-Tbilisi-Qars xəttində yük daşımaları 55 faiz artıb

Vətənim Media xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bu il iyunun 20-dən oktyabrın 31-dək daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 55 faiz çox olub. Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat verib.

Gürcüstanın dəmir yolları ilə yanvar-oktyabr aylarında 12,4 milyon ton yük daşınıb. Bu, illik müqayisədə 13 faiz artım və son 12 ilin ən yüksək göstəricisidir. İlk 10 ayda konteyner daşımaları da 17 faiz artıb. BTQ xətti modernləşdirmədən sonra iyunun 2-də tam istismara verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗