Vətənim Media xəbər verir ki, Vyetnamda səfərdə olan Azərbaycan media nümayəndələri paytaxt Hanoyda yerləşən Hoa Lò Həbsxanası Muzeyində olublar. APA-nın Vyetnama ezam olunmuş əməkdaşının məlumatına görə, jurnalistlər həbsxananın tarixi, burada saxlanılan siyasi məhbuslar və Vyetnam müharibəsi zamanı əsir götürülən amerikalı pilotlarla bağlı məlumat alıblar.
Ziyarətçilər tarixi kameralar, edam alətləri, məhbusların şəxsi əşyaları və digər eksponatlarla tanış olublar. Fransız müstəmləkə administrasiyasının 1896-cı ildə inşa etdiyi həbsxana sonradan, 1964–1973-cü illərdə, amerikalı hərbi pilotların saxlanıldığı yer kimi tanınıb. Əsirlər ona istehza ilə “Hanoi Hilton” adını vermişdilər.
Muzeydə ABŞ senatoru və keçmiş hərbi əsir Con Makkeynə aid olduğu bildirilən pilot geyimi və paraşüt də nümayiş olunur. Makкейnin təyyarəsi 1967-ci il oktyabrın 26-da Hanoy üzərində vurulmuş, o isə 1973-cü ilin martında azadlığa buraxılmışdı. Комплексin tarixi hissəsi muzey kimi qorunub saxlanılır.
Əsas mənbə: APA
