Hacıbəy Heydərli: Media sosial şəbəkələrdə daha fəal və peşəkar olmalıdır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Hacıbəy Heydərli: Media sosial şəbəkələrdə daha fəal və peşəkar olmalıdır

Vətənim Media xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”də yayımlanan “Aktual Gündəm” verilişində sosial şəbəkələrin cəmiyyətə və mediaya təsirindən danışıb.

O bildirib ki, sosial şəbəkələr ictimai rəyin formalaşdığı, gündəmin müəyyənləşdiyi və informasiya mübarizəsinin aparıldığı mühüm məkandır. Heydərli medianın və jurnalistlərin auditoriyanın dəyişən vərdiş və tələbatlarını nəzərə alaraq bu platformalarda daha fəal və peşəkar təmsil olunmasının vacibliyini vurğulayıb. Verilişdə, həmçinin, TikTok-un auditoriyası, bilgi istehlakındakı tendensiyalar, istifadəçilərin məsuliyyəti və kontent istehsalının xüsusiyyətləri müzakirə olunub.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗