Vətənim Media xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb “Helsingin Sanomat” qəzetinə müsahibəsində ABŞ-ın Donald Tramp, Vladimir Putin və Si Cinpinin üçtərəfli sammitinin yekun bəyannaməsindəki Ukrayna ilə bağlı bəndin çıxarılmasını istədiyini deyib. Onun sözlərinə görə, ilkin variantda yer alan ifadə uğursuz olub və ABŞ-ın onu çıxarması düzgün qərar idi.
Stubb həmçinin bildirib ki, sammitdən sonra Tramp “İstəklilər koalisiyası”nın Berlin görüşünün iştirakçılarına təyyarəsindən zəng edib. Tramp Ukraynadakı müharibənin başa çatmasının vacibliyini vurğulayıb və Avropanın resurslarını başqa məqsədlərə yönəldə bilməsi üçün münaqişənin sona çatmalı olduğunu deyib.
Əsas mənbə: APA
