Vətənim Media xəbər verir ki, PAŞA Holding-in təşkil etdiyi “INMerge 2026” İnnovasiya Sammiti noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. APA-nın məlumatına görə, sammitə 94 ölkədən 1300-dən çox startap müraciət edib və onların arasından 120-si seçilib.
Tədbirdə 200-dən çox beynəlxalq spikerin iştirakı gözlənilir. Onların arasında tennisçi və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir də var.
Əsas mənbə: APA
