Kolleclərə 2026–2027-ci tədris ili üzrə qəbul nəticələri müzakirə edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kolleclərə 2026–2027-ci tədris ili üzrə qəbul nəticələri müzakirə edilib

Vətənim Media xəbər verir ki, noyabrın 20-də Azərbaycan Texniki Universitetində orta ixtisas təhsili müəssisələrinə 2026–2027-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri müzakirə olunub. Görüş Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə cari qəbul göstəriciləri əvvəlki illərlə müqayisə edilib, sahənin inkişaf perspektivləri və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman orta ixtisas təhsili sahəsindəki islahatlar və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə danışıb. Şöbənin sektor müdiri Səbinə Babayeva isə 2021–2022-ci tədris ilindən etibarən qəbulun dinamikası, faktiki göstəricilər, tələbələrin demoqrafik tərkibi və məzunların məşğulluğu ilə bağlı təqdimat edib. Görüşdə qəbul planlarının əmək bazarının ehtiyacları və müəssisələrin imkanları nəzərə alınmaqla hazırlanması, təhsil proqramlarının uyğunlaşdırılması, məzunlarla əlaqələrin və karyera dəstəyinin gücləndirilməsi də müzakirə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗