Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub – YENİLƏNİB

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub – YENİLƏNİB

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanıb. Mərasimdə Vyetnam Prezidenti To Lam və xanımı No Fon Li İlham Əliyevi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıblar.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsinin rəisi İlham Əliyevə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Vyetnamın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə To Lama təqdim olunublar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗