İsveçrədə hərbi xərclərin artmasına qarşı aksiyalara 40 minə yaxın gənc qatılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İsveçrədə hərbi xərclərin artmasına qarşı aksiyalara 40 minə yaxın gənc qatılıb

Vətənim Media xəbər verir ki, noyabrın 20-də İsveçrənin təxminən 10 şəhərində hərbi xərclərin artırılmasına qarşı keçirilən aksiyalara 40 minə yaxın tələbə və gənc qatılıb. APA-nın “Keystone-SDA” agentliyinə istinadən yaydığı məlumata görə, etirazlar Sürix, Bern, Bazel, Cenevrə və Lozannada da baş tutub.

Aksiya iştirakçıları Avropanın 800 milyard avroluq “ReArm Europe” silahlanma proqramına qarşı çıxıb, dövlət vəsaitlərinin təhsil, səhiyyə və sosial müdafiəyə yönəldilməsini tələb ediblər. Bazel, Lozanna və Sürixdə polisin gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə etdiyi, Bern aksiyasının isə insidentsiz başa çatdığı bildirilib. Etirazlar beynəlxalq “Youth Strike” gənclər hərəkatının tərkib hissəsi olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗