Vətənim Media xəbər verir ki, Bakı Musiqi Akademiyasında İsveçrə və Azərbaycan musiqisinin bir araya gəldiyi tədbir təşkil olunub. İsveçrənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən proqramda hər iki ölkənin musiqiçiləri və akademiyanın tələbələri iştirak ediblər.
İştirakçılar əvvəlcə ölkələrinin musiqi ənənələrini əks etdirən nümunələr təqdim edib, daha sonra İsveçrə və Azərbaycana aid seçilmiş mahnıları birlikdə ifa ediblər. Tədbirdə ənənəvi musiqi alətləri barədə də məlumat verilib. Proqramın müzakirə hissəsində musiqi təhsili, tələbə həyatı və gənc ifaçıların peşəkar inkişaf imkanları nəzərdən keçirilib. Sual-cavab zamanı iştirakçılar təcrübələrini bölüşərək iki ölkədə musiqi təhsilinin xüsusiyyətləri barədə fikir mübadiləsi aparıblar.
Tədbirin məqsədi musiqi vasitəsilə mədəni əlaqələri genişləndirmək və İsveçrə ilə Azərbaycan gənc musiqiçiləri arasında ünsiyyəti gücləndirmək olub.
Əsas mənbə: APA
