Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə Tbilisidə yaşayış binasında baş vermiş partlayışla bağlı başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, partlayışda insanlar həlak olub və xəsarət alıb.
İlham Əliyev məktubunda faciə ilə əlaqədar Gürcüstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Gürcüstan xalqına Azərbaycan xalqı adından və öz adından dərin hüznlə başsağlığı verib. O, yaralananlara şəfa diləyib.
Əsas mənbə: APA
