Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Almaniyanın bir sıra şəhərlərində kansler Fridrix Mertsin hökumətinin məcburi hərbi xidmət planlarına, sosial xərclərin azaldılmasına və digər siyasətlərinə qarşı aksiyalar keçirilib.
Təşkilatçıların bildirdiyinə görə, ölkə üzrə aksiyalara ümumilikdə təxminən 87 min nəfər qatılıb. Leypsiqdə nümayişçilərin sayı təxminən 2 500, Hamburqda isə 4 000 nəfər olub. Hər iki şəhərdə etirazçılarla polis arasında qarşıdurma yaranıb: nümayişçilər polisə fişəng, butulka və yumurta atıb, polis su şırnaqlarından istifadə edərək bir neçə nəfəri saxlayıb. Berlindəki aksiya isə hərbi xidmət planlarına və İsrailə dəstəyə qarşı keçirilib.
Əsas mənbə: APA
