NATO ilə hərbi logistika əməkdaşlığının perspektivləri müzakirə olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
NATO ilə hərbi logistika əməkdaşlığının perspektivləri müzakirə olunub

Vətənim Media xəbər verir ki, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, tərəflər Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyətini və hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığı və NATO-nun kollektiv logistik təminatı barədə təqdimatlar olub. Həmçinin logistik imkanlardan birgə istifadə, hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗