Vətənim Media xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinin nümayəndə heyəti 2026-cı il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində Polşaya rəsmi səfər edib. Görüşdə hərbi tibb üzrə birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi müzakirə olunub.
Nümayəndə heyəti Varşava Hərbi Tibb İnstitutunda, Lodz Hərbi Tibb Akademiyasında və Hərbi Aviasiya Təbabəti İnstitutunda olub. Tərəflər kadr hazırlığı, tibbi infrastruktur, ixtisasartırma və aviasiya təbabəti sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Əsas mənbə: APA
