Vətənim Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Cabbarov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, görüşdə Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. O, ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Əsas mənbə: APA



