Görkəmli rejissor Tofiq Tağızadənin — həyatı və yaradıcılığı

Şrift
Görkəmli rejissor Tofiq Tağızadənin — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Görkəmli rejissor Tofiq Tağızadənin — həyatı və yaradıcılığı.

Görkəmli rejissor Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmindəki Lala obrazını yaradan Nelli xanım əslində kimdir? Özbəkistanın əməkdar artisti, SSRİ Kinematoqrafçılar İtifaqının üzvü, sənədli filmlər üzrə rejissor Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə doğulub.1953-cü ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir sıra filmlərə çəkilib.

“Görüş”, “Əmirliyin devrilməsi”, “Sevgililər”, “Təzə mənzilə köç” filmlərinə çəkilib. Konfransye kimi hökümət konsertlərinin aparıcısı olub.1956-cı ildə Ümümittifaq Kinematoqrafiya İnsititunun rejissorluq fakultəsinə daxil olub.1962-ci ildən “Uzkinoxranika”da işləyib. 20-ə qədər sənədli film çəkib.

… Nelli Moskvada oxuyarkən Vladimir Dyaçenko ilə ailə qurur. Amma Vladimirin yüksək vəzifələrdə işləyən valideynləri bu izdivaca qarşı çıxırlar.

Vladimirdən bir uşaq dünyaya gətirən Nelli təzyiqlərdən qaçmaq üçün doğma Daşkəndə gəlir. Əri onun arxasınca gələrək Moskvaya qayıtmağı xahiş etsə də, Nelli imtina edir. Vladimir də israr etmir.

Sonradan onların münasibəti tədricən soyuyur. Ailə dağılır.1970-ci ildə Nelli Slava Yeremonko ilə ailə qurur… …

Çəkdiyi sənədli filmlər maraqlıdır. Onun kamerasından sadə insanlardan tutmuş zavodda işləyənlərə qədər xeyli insan keçib. Ağır xəstəliyə tutlan Nelli Ataullayeva 1974-cü ilin iyulunda vəfat edib.

Bir dəfə dostlarından birinə deyibmiş: “Özümü qoca arvad kimi təsəvür edə bilmirəm. Cavan və gənc ölmək istəyirəm..”. 43 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən Nelli Ataullayevanın son sözü "Ata" olur.

Atası Xeyrulla Ataullayev isə 1938-ci ildə repressiya qurbanı olub."Görüş" filmində yaratdığı Lala roluna görə Nelli xanım Azərbaycan tamaşaçısı tərəfindən daim rəğbətlə xatırlanr. Özbəkistanda isə ölümündən sonra unudulub. Onun nə yübleyi qeyd edilib, nə də barəsində kitab çxıb.

Ölümündən sonra keçmiş əri Vladimir Dyaçenko Nellinin oğlu Nikitanı Moskvaya aparıb. İndi Nikita tanınmış biznesmendir. Anasının soyadını daşıyır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗