Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S. Babayev saxlanılıb. Əməliyyatı Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları parkın işçiləri ilə birgə keçirib.
Baxış zamanı ondan 10 kiloqramdan artıq müxtəlif növ balıq və qadağan olunmuş ov alətləri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Polis aidiyyəti qurumlarla birgə su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində nəzarət-profilaktik tədbirləri davam etdirir.
Əsas mənbə: APA
