Mehriban Əliyeva Hanoyda Vyetnam irsi ilə tanış olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Mehriban Əliyeva Hanoyda Vyetnam irsi ilə tanış olub

Vətənim Media xəbər verir ki, noyabrın 21-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşüb. APA-nın məlumatına görə, Mehriban Əliyevanı qızları Leyla və Arzu Əliyeva müşayiət edib.

Xanımlar XIX əsrdə inşa edilmiş İrs Evində Vyetnam əl işləri ilə tanış olub, çay təqdimetmə mərasimini izləyiblər. Onlar, həmçinin XI əsrdən gələn və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilən Ca Trù ifa sənətinin nümayişinə, eləcə də Vyetnamın ənənəvi Áo Dài geyimlərinin təqdimatına baxıblar. Sonda Mehriban Əliyevaya Vyetnam kalliqrafiya sənəti nümunəsi hədiyyə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗