Vətənim Media xəbər verir ki, “Liverpul” İngiltərə çempionatının 11-ci turunda “Enfild”də “Mançester Yunayted”ə 4:0 hesabı ilə qalib gəlib. Dominik Soboslai 10-cu, Florian Virts 13-cü, Rio Nqumoha 66-cı, Viktor Munyos isə 82-ci dəqiqədə fərqlənib. Görüşün 8-ci dəqiqəsində qonaqların futbolçusu Leni Yoro meydandan qovulub.
Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi kimi ilk oyununa çıxıb; o, bu postda Maykl Kerriki əvəzləyib. “Liverpul” 21 xalla dördüncü, ardıcıl doqquz oyundur qələbə qazana bilməyən “Mançester Yunayted” isə 8 xalla 19-cu pillədədir. Növbəti turda “Liverpul” noyabrın 29-da “Everton”la səfərdə, “Mançester Yunayted” isə noyabrın 28-də “Brentford”la öz meydanında qarşılaşacaq.
Əsas mənbə: APA
