Vətənim Media xəbər verir ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN-ə açıqlamasında kibercinayətlərlə bağlı illik şikayətlərin sayının bir milyonu ötdüyünü bildirib.
Kleytonun sözlərinə görə, 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son göstəricidə bu say bir milyona çatıb. O, kibertəhdidləri real təhlükə adlandırıb və ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruduğunu qeyd edib.
Əsas mənbə: APA
