Vətənim Media xəbər verir ki, İndoneziyanın Banten əyalətindəki fabrikdə baş vermiş yanğından sonra aparılan axtarışlarda insan qalıqları olan yeddi meyit torbası aşkarlanıb. Reuters-in məlumatına görə, polis torbalardan birində bir neçə nəfərin qalıqlarının ola biləcəyini bildirib. Buna görə ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Yanğın nəticəsində 50 nəfərdən xəbər yoxdur. Şəxsiyyətləri müəyyənləşdirmək üçün yaxınlarından DNT nümunələri götürülür; prosesin iki-üç həftə çəkə biləcəyi qeyd olunur. Axtarış-xilasetmə işləri davam edir, yanğının səbəbi araşdırılır.
Əsas mənbə: APA
