Vətənim Media xəbər verir ki, Qazaxın Birinci Şıxlı kəndində yaşayan, 1963-cü il təvəllüdlü Y. Məmmədov Kür çayında batıb. Hadisə çayın rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar davam edir; ərazidə aidiyyəti qurumların əməkdaşları da işləyir.
Əsas mənbə: APA
