İpoteka krediti verən bankların YENİ SİYAHISI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka krediti verən bankların sayı 26-dan 8-ə düşüb. Bu barədə Fonddan məlumat verilib.

İndi AİF-in səlahiyyətli bankları qismində Xalq Bank, AGBank, PAŞA Bank, Bank Avrasiya, Kapital Bank, Bank BTB, NBC Bank və Azər Türk Bank iştirak edir.

İpoteka krediti verən bankların sayının azalma səbəbləri açıqlanmayıb.

Bundan başqa, AİF 2 qiymətləndirmə təşkilatı və 4 sığorta təşkilatı ilə çalışacaq. Əvvəl bu göstərici, müvafiq olaraq, 16 və 18-ə bərabər idi.

Vətənim Media Shorts

YouTube-da aç ↗