Vətənim Media xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 15 milyard 268 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxalda dövlət sektorunun payı 1,7 milyard, özəl sektorun payı 12,2 milyard, fiziki şəxslərin payı isə 1,3 milyard dollar təşkil edib.
Hesabat dövründə dövlət sektoru 14,4 milyard, özəl sektor 13,5 milyard dollar dəyərində məhsul ixrac edib. Fiziki şəxslərin ixracı 77,5 milyon dollar olub.
Əsas mənbə: APA
