Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib. Yeni prosedura əsasən, ixrac olunan mallar barədə məlumatlar “İntellektual gömrük” informasiya sistemi vasitəsilə müvəkkil banklara göndəriləcək.
Dövlət Gömrük Komitəsi ixracatçıların gömrük bəyannamələri və müqavilələri barədə məlumatların sistemə ötürülməsini təmin edəcək. Müvəkkil banklar isə ixracdan əldə olunan vəsaitin hesablara daxil olması və vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində Komitəyə çatdıracaqlar.
Fərmanla Mərkəzi Banka xaricə mal ixracı üzrə hesablaşma qaydalarını dörd ay ərzində müəyyənləşdirmək və Prezidentə məlumat vermək tövsiyə olunub. Yeni prosedur həmin qaydalarla eyni gündə qüvvəyə minəcək.
Əsas mənbə: APA
