AMB-nin keçmiş binası Maliyyə Nazirliyinə icarəyə verilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
AMB-nin keçmiş binası Maliyyə Nazirliyinə icarəyə verilib

Vətənim Media xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib.

Rəşid Behbudov küçəsi, 90 ünvanındakı binada Dövlət Xəzinədarlığı Agentliyinin, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin və nazirliyin digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bina 1998-ci ildə istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək orada işləyib, daha sonra fəaliyyətini Heydər Əliyev prospekti, 167 ünvanındakı yeni inzibati binasında davam etdirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗