Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 82,4 milyon manat olub.
Maliyyə Nazirliyinin APA-ya verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu, proqnozdan 1 milyard 163,5 milyon manat və ya 3,6 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat olub; ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 40,8 milyon manat artım qeydə alınıb.
Əsas mənbə: APA
