Vətənim Media xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində mediaya ayrılan vəsaitin az olduğunu bildirib.
Babaoğlunun sözlərinə görə, gələn il media üçün 68 milyon 369 min manat nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ ötən illə müqayisədə xeyli azdır. Deputat medianı, televiziyaları və televiziya yayımını milli düşüncə platformasının keyfiyyətini müəyyən edən amillər kimi dəyərləndirib.
Əsas mənbə: APA
