Cabbarov: Dövlət şirkətləri xərcləri optimallaşdıraraq büdcəyə gəlir gətirir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Cabbarov: Dövlət şirkətləri xərcləri optimallaşdıraraq büdcəyə gəlir gətirir

Vətənim Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisdəki müzakirəsində dövlət şirkətlərinin xərcləri optimallaşdıraraq büdcə üçün gəlir mənbəyinə çevrildiyini bildirib.

Nazirin sözlərinə görə, 2020-ci ildən Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti aparılır. Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar bu prosesin tərkib hissəsidir. Cabbarov büdcəyə dividend daxilolmalarını islahatların nəticəsi kimi qiymətləndirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗