Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakıdakı K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda fövqəladə hallarda davranış və təxliyə qaydalarına dair təlim keçirib. Bu barədə FHN-in mətbuat xidməti APA-ya məlumat verib.
Nəzəri hissədə institutun kollektivinə yanğın zamanı davranış qaydaları və təxliyə tədbirləri izah olunub. Praktiki mərhələdə şərti yanğın siqnalından sonra yanğından mühafizə bölmələri hadisə yerinə çatıb, işçilər təhlükəsiz əraziyə təxliyə edilib və şərti xəsarət alanlara ilkin yardım göstərilib. Yanğın qısa müddətdə söndürülüb; təlimin nəticələri müzakirə olunaraq müvafiq tapşırıqlar verilib.
Əsas mənbə: APA
