Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Zaqatalanın Kebeloba kəndi yaxınlığındakı meşəlik ərazidə itkin düşən 80 yaşlı Xəlil Mustafayevi axtarır. Əməliyyata xüsusi təlim keçmiş itlər də cəlb olunub.
FHN-in Mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, axtarışlar kişinin itkin düşdüyü ehtimal edilən istiqamətlərdə davam edir. Zaqatala şəhər sakini oktyabrın 13-də günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bu barədə rayon polis şöbəsinə məlumat verib.
Əsas mənbə: APA
