Lənkəranda fövqəladə hallar zamanı təxliyə üzrə təlim keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lənkəranda fövqəladə hallar zamanı təxliyə üzrə təlim keçirilib

Vətənim Media xəbər verir ki, Lənkəran Regional “ASAN xidmət” mərkəzində fövqəladə hallar zamanı davranış qaydaları və təxliyəyə dair nəzəri-praktiki təlim keçirilib. Təlim Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

FHN-in mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, iştirakçılara təbii və texnogen hadisələr zamanı davranış, yanğınsöndürmə vasitələrindən və fərdi mühafizə vasitələrindən istifadə, həmçinin dəm qazı təhlükəsinin qarşısının alınması barədə məlumat verilib. Praktiki mərhələdə şərti hadisə üzrə əməkdaşların təhlükəli ərazidən təxliyəsi, ilkin yardım və çevik kəşfiyyat tədbirləri icra olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗