Bərdədə dəm qazından zəhərlənən qadın xəstəxanada vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bərdədə dəm qazından zəhərlənən qadın xəstəxanada vəfat edib

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bərdə rayonunun Əliyanlı kəndində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan iki nəfəri evdən çıxarıblar. 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova huşsuz vəziyyətdə aşkarlanıb.

FHN-in ilkin ehtimalına görə, onlar dəm qazından zəhərləniblər. Hər ikisi xəstəxanaya çatdırılıb. Hüseynova həkimlərin səylərinə baxmayaraq vəfat edib, İmaməliyevin vəziyyəti orta ağır qiymətləndirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗