Tsarukyanın partiyası seçki nəticələrinə görə AİHM-ə müraciət edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tsarukyanın partiyası seçki nəticələrinə görə AİHM-ə müraciət edib

Vətənim Media xəbər verir ki, “Çiçəklənən Ermənistan” Partiyası iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib. APA-nın TASS-a istinadən yaydığı məlumata görə, partiya noyabrın 4-də təqdim etdiyi müraciətdə bəzi seçki məntəqələrində nəticələrin təkrar səsvermə olmadan etibarsız sayılmasının və effektiv məhkəmə müdafiəsinin təmin edilməməsinin pozuntulara səbəb olduğunu iddia edib.

Partiya, həmçinin, seçki mübahisələri ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinə noyabrın 19, 20 və 23-də üç yeni ərizə təqdim edib. Ərizələrdə partiyanın parlamentə düşməməsinə səbəb olan qanun normaları və qərarlar mübahisələndirilir.

“Çiçəklənən Ermənistan” seçkidə 3,996 faiz səs toplayıb. Partiyalar üçün keçid həddi 4 faizdir. Mərkəzi Seçki Komissiyasının nəticələrə düzəlişindən sonra partiyaya parlamentə daxil olmaq üçün 100-dən bir qədər çox səs çatmayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗