Vətənim Media xəbər verir ki, Qazax rayonunda “Ford Transit” markalı avtomobillə minik avtomobili toqquşub. APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində dörd nəfər xəsarət alıb.
1968, 1993 və 1970-ci il təvəllüdlü üç qadın, eləcə də 2019-cu il təvəllüdlü uşaq xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
