Samuxda iki avtomobil toqquşdu: 3 yaralı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Sərkar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər, 1984-cü il təvəllüdlü Elməddin Məmmədov, 1978-ci il təvəllüdlü Bəxtiyar Məmmədov və onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Natiqə Məmmədova  müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗