Saatlıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yanvarın 20-də axşam saatlarında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1970-ci il təvəllüdlü Çingiz Behbud oğlu Yaqubovu polis şöbəsinin qarşısında “VAZ-2107” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
