Lapşinin anası Azərbaycana gəlir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Aleksandr Lapşinin anası oğlunun məhkəmə prosesini izləmək üçün Azərbaycana gələcək.

Bunu bloqerin bacısı Yuliya bildirib.

“Mənim anam ən qısa zamanda məhkəmə prosesini izləmək üçün Bakıya getmək istəyir”, – Yuliya deyib.

Lapşinin anası bundan əvvəl oğlunun bağışlanması üçün Azərbaycan prezidentinə müraciət etmişdi.

 Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗