250 kq. bombanın zərərsizləşdirilməsi üçün 72 min insan təxliyə edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Yunanıstanın Saloniki şəhərində II Dünya müharibəsi illərinə aid 250 kq-lıq bombanın zərərsizləşdirilməsi üçün 2 km. radiusda yaşayan 72 min insan təxliyə edilib.

Bomba ötən həftə yanacaqdoldurma stansiyasında aparılan qazıntı işləri zamanı yerin 5 metr dərinliyində aşkar olunub.

 İnsanlar məşq zalları, stadionlar və kafelərdən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.
Vilayət qubernatoru Apostolos Tzitzikostas yerli sakinləri əndişələnməməyə çağırıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗