“Azəravtoyol”dan açıqlama gəldi: “Hamının xəbəri vardı”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Heykəlin sökülmədiyini, sadəcə ərazidən götürüldüyünü bildirən “Azəravtoyol” şirkəti məqsədin “Mikayıl Müşfiqin adına layiq parkın salınması” olduğunu deyir.
Azəravtoyol-un sözçüsü Anar Nəcəfli “BBC Azərbaycanca”ya bildirib ki, parkın salınması ötən ilin yay aylarından başlayan Sovetski ərazisi, Füzuli meydanı ətrafı və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işlərini əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.
ana“Heykəlin yerləşdiyi kiçik ərazi idi, arxasında restoran var idi. O cür yerdə görkəmli şairimizin büstünün olması nə qədər məqsədəuyğun idi?”, qurum sözçüsü Anar Nəcəfli sual edib.
O deyir ki, büst sağlamdır və ərazidə yeni park salındıqdan sonra yenidən yerinə qaytarılacaq.

Nəcəfli yenidənqurma işlərinin aidiyyatlı orqanlarla razılaşdırılmaması iddialarını rədd edib.

O deyib ki, ərazidəki işlər “dövlət proqramına uyğun aidiyyatlı qurumlarla razılaşdırılmış” şəkildə həyata keçirilir.
“Hamının xəbəri var idi”, deyən qurum sözçüsü Sovetski ərazisində gedən işlərdən dövlət orqanlarının məlumatsız olması iddialarını “absurd” adlandırıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗