“Məqsədimiz Azərbaycan qadınının arzularının gerçəkləşməsinə yardım etməkdir” -Yazgül Abdiyeva

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Sağlamlığın Qorunması” İctimai Birliyi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladlarının iştirakı ilə tədbir keçirib.

Tədbirdə İB-nin sədri Yazgül Abdiyeva bildirib ki,  müstəqil Azərbaycanımızda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət xadimi, xalqın inanıb səs verdiyi millət vəkilidir: “Bu, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadına cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin  yürütdüyü siyasətdə qadınlar həmişə dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən biri olub. Prezident İlham Əliyev öz çıxışlarında dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərdən danışıraq həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolunun olduğunu vurğulayır. Düşünürəm ki Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşmərmlı səfiri Mehriban  xanım Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi də  yuxarıda deyilənlərin ən  ali göstəricisi hesab oluna bilər. Bu təyinat ölkəmizin tərəqqisinə, inkişafınna sözsüz ki, öz töhvələrini verəcək.

Bu gün “Qadınları qoruyaq” devizi aldıtnda  aksiyaya strat vermişik. Məqsədimiz Azərbaycan qadınına dəstək olmaq, onun arzularının gerçəkləşməsinə yardım etməkdir. Sözsüz ki, sağlam qadın sağlam cəmiyyət, sağlam düşüncə deməkdir.  “Sağlamlığın qorunması” adlı yaratdığımız   yeni təşkilat çərçivəsində  qadınların sağlamlığı ilə  bağlı layihələr həyata keçirmək niyyətindəyik.

Bütün sahələrlə yanaşı səhiyyədə də intensiv olaraq  böyük inkişaf, yeniliklər müşahidə edilməkdədir. Prezident İlham Əliyev siyasi kursunun əsas hədəflərindən biri də səhiynin inkişafı ilə bağlıdır. Təsadüfü deyil ki, Heydər Əliyev Fondunun da həyata keçirdiyi prioritet layihələr  içərisində  səhiyyə xüsusi əhəmiyyət kəsb edir.  “Sağlam düşüncə,  sağlam həyat” devizini əsas götürərək biz də bu yola başladıq. Bəşəriyyət insanlığı dəyərləndirənlərin, onun məsuliyyətini dərk edənlərin çiynində inkişafa doğru gedir. İnsanlıq isə öz növbəsində qadınlara tanınan haqqların miqyası ilə müəyyən edilir. Azərbaycan o dövlət, Azərbaycan xalqı o xaldqdır ki, hələ ötən əsrin ikinci onilliyində, qərbin mütərəqqi dövlətləri qadına seçki huququ vermyəndə qadınların bu mütərəqqi hüququnu tanıyıb və onu öz qanunvericiliyində rəsmiləşdirib. Müasir Azərbaycan dövləti də bu ənnəyə sadiq qalıb və bu sahədə daha da irəli gedərək qadınları respublikanın həyatının bütün sahələrində həlledici söz sahibinə çevirib. Biz qadınlar da öz növbəmizdə ulu öndərimizin eləcə də onun davamçısı möhtərəm Prezidentimizin bu etimadına sadiq qalıb Azərbaycan qadınının daha  uğurlu gələcəyini təmin etməliyik”.

 

Tədbirdə çıxış edən millət vəkili, Sağlamlığın Qorunması İB-nin fəxri sədri Qənirə Paşayeva bildirib ki, yaxın zamanda torpaqları işğaldan azad edildikdən sonra şəhidlərin də ruhu şad olacaq.

Tədbirdə bir sıra ziyalılar çıxış edərək əhalinin tibbi maariflənməsinin vacibliyindən danışıb və bu istiqamətdə təşkilatın önəmli çalışmalara imza atacağına inandıqlarını bildiriblər.

Tədbir çərçivəsində əməkdar artist – Aybəniz Haşımova, Nuriyyə Hüseynova, tanınmış sənətçi Flora Kərimova, Sevinc Tofiqqızı, Aslan Hüseynov, Əkbər Əliyev və bir çox sənətçilərin ifaları böyük maraqla qarşılanıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗