“45 gündür atamdan xəbər yoxdur” – Dilqəm Əsgərovun oğlu Qırmızı Xaçı qınadı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Atamla sonuncu dəfə yanvarın 25-də görüş olub. O vaxtdan bəri atamdan heç bir xəbər ala bilməmişik”.

Turkustan.info saytına açıqlamasında erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Qırmızı Xaç Cəmiyyətini biganəlikdə qınayıb: ”

“Niyə görüşmürlər? Halbuki, Qırmızı Xaç ayda bir dəfə baş çəkməldi. 45-gündən artıq vaxt keçib. 2 il 3 aydır dövlət səviyyəsində Avropa Məhkəməsinə işi verilib. Nəyə görə Avropa Məhkəməsidə bir hərəkət yoxdur, yaxud, işə biganə yanaşılır. Başqa vaxtı insan hüquq və haqlarından danışan Avropa təşkilatları niyə atamın işinə baxmırlar? Budurmu insan haqlarına verilən dəyər?”.

D.Əsgərovun oğlu Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək atası ilə bağlı prosesi diqqətdə saxlayaraq onun durumu ilə maraqlanmaq üçün müvafiq qurumlara tapşırıq verilməsini istəyir.

Vətənim Media Shorts

YouTube-da aç ↗