Dövlət Departamenti Sarkisyanın legitimliyini şübhə altına aldı
ABŞ Dövlət Departamenti İnsan Haqlarının vəziyyətinə dair illik hesabat hazırlayıb. 2016-cı il üzrə hesabatda Ermənistana xüsusi yer verilib. Hesabatda vurğulanıb ki, bundan əvvəl Ermənistanda keçirilən seçkilər saxtalaşdırılıb: “Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və onun Respublika partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendum yaxşı təşkil olunsa da, qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır.
2008-ci il prezident seçkilərindən sonra ölən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb”, – deyə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda bildirilib. Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti bildirib ki, Dövlət Departamenti Serj Sarkisyanın legitimliyi məsələsini qaldıraraq, ona dolayısı yolla saxtakarlıq nəticəsində seçildiyini xatırladıb.
Tramp erməniləri niyə sevmir?
ABŞ Dövlət Departamenti Ermənistanın müstəqilliyi tarixində ilk dəfədir ki, Ermənistanı hədəfə alır və bu ölkənin prezidentini “qeyri-legitim” adlandırır. Donald Trampdan əvvəlki ABŞ prezidentləri bir qayda olaraq, Ermənistanın lehinə çıxışlar edirdilər, ən az 1915-ci il hadisələrinin ildönümlərində “böyük faciə” ifadəsini işlədirdilər. Lakin Tramp hələ seçkiqabağı kampaniya dönəmində erməni məsələlərindən danışmadı və bu, hesabatı da onun Sarkisyana olan soyuq münasibəti kimi də başa düşmək olar.Məlumdur ki, digər prezidentlərdən fərqli olaraq, Donald Tramp seçki kampaniyasına erməni diasporunun maddi dəstək təklifini rədd etdi.Əsas rəqibi Hillari Klintondan fərqli olaraq da erməni məsələlərindən danışmadı.
Sarkisyanın yanlış siyasi gedişi
Seçkilərdən əvvəl Serj Sarkisyan da ümid edirdi ki, Hillari Klinton seçiləcək. Çünki, keçmiş dövlət katibi seçiləcəyi halda “erməni soyqırımı”nı tanıyacağı vədini verərək, bundan əvvəl erməni diasporunun kampaniyasına maliyyə yarımını qəbul etmişdi. Ermənistan hakimiyyəti Klintonu dəstəklədi və Sarkisyanda da onun yeni ABŞ prezidenti olacağına əminlik vardı.Lakin seçkilərin sürpriz nəticəsi Sarkisyanı məyus etdi və Tramp qeyri-rəsmi şəkildə ABŞ prezidenti elan olunduqdan sonra Vaşinqtona göndərdiyi təbrik məktubunda da bir qədər ehtiyatla danışdı, hiyləyə əl atdı. Seçkilərdən əvvəl “antidemokrat” kimi baxdığı Trampa onu dedi ki, ABŞ 25 ildir Ermənistan demokratiyasının və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır. Digər yandan da qeyd etdi ki, iki dövlət arasındakı əməkdaşlıqda Amerikada yaşayan ermənilərin həmişəki töfhəsi nəzərə alınacaq.
Tillersondan Nalbandyana “soyuq sillə”
Ermənistan prezidentinin bu iki fikrində hiylənin olduğu şəksiz idi.Çünki bilirdi ki, seçkilərdən əvvəl ABŞ-dakı erməni diasporu və erməni lobbisinin kampaniya müddətində Donald Tramp əleyhinə apardığı təbliğatdan Ağ Evin gələcək rəhbərinin xəbəri olub.Elə buna görə də Sarkisyan ənənəvi hiyləyə əl ataraq, ondan Amerika ermənilərinə gələcəkdə yardım istədi.
Donald Trampın gələcək fəaliyyətində ermənilərin maraqlarından hansı formada çıxış edəcəyi barədə indidən fakir yürütmək problematik olsa da hələlik Ermənistan KİV-lərində yayılan xəbərlərə inansaq, erməni lobbisi və diasporu Ağ Evə yaxın düşə bilmir.Qondarma soyqırımın 101-ci ildönümü üçün ermənilərin etdiyi müraciətə də Trampdan səs çıxmır.Ermənilərin məyusluğu bununla bitmir.Trampın təyin etdiyi dövlət katibi Reks Tillerson da ermənipərəst kimi görünmür.Xarici siyasətə daha çox ABŞ-ın iqtisadi maraqları prizmasından baxan Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın telefon zəngini də soyuq qarşıladı.Görüşdə daha çox danışan Nalbandyan idi, Tillerson sadəcə dinləyirdi.Dövlət katibi postuna Senatda təsdiqi zamanı Reks Tillersona “erməni soyqırımı” ilə bağlı verilən sual da erməniləri məyus etdiyi. Diplomat 1915-ci il olaylarını “bədbəxt hadisə” adlandırdı və qeyd etdi ki, bu məsələni araşdırmaq tarixçilərin işidir. Tillersonun açıqlamasından sonra Ermənistan KİV-lərində o məsələ müzakirə olundu və ehtimallar gündəmə gətirildi ki, keçmiş prezident Barak Obamanın pozduğu ABŞ – Türkiyə münasibətlərini bərpa etmək istəyən Tramp “soyqırım” probleminin araşdırma çərçivəsində həllinə çalışacaq.
Flinn məyusluğu
Nə ABŞ, nə də Ermənistandakı erməni siyasi dairələrinin Trampla yaxınlıqları yoxdur. Digər yandan Tramp nə Dağlıq Qarabağ münaqişəsi, nə də qondarma soyqırımla bağlı İrəvana heç bir vəd verməyib. Amma ermənilər ən az Trampın özünün təhlükəsizlik müşaviri təyin etdiyi general Maykl Flinnə ümid edirdilər. Erməni diasporu və lobbisi ilə yaxınlığıyla seçilən Flinn Tramp hökumətində yeganə ermənipərəst sayılacaq yetkili ola bilərdi, lakin onun gözlənilməz istefası ermənilərin məyusluğunu artırdı. Ehtimal var ki, Ermənistanda aprel ayında keçiriləcək seçkilərdə Ağ Ev “qeyri-legitim” adlandırdığı Serj Sarkisyanın hakimiyyətdə qalmamasına səs verəcək. Cebhe.info
