Fermerlərdən alınan mallar aşağı qiymətlərlə satışa çıxarılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda yerli fermerlərdən tədarük olunmuş kənd təsərrüfatı məhsullarının bayram yarmarkalarında satışına başlayır.

ASC-dən  verilən məlumata görə, məhsullar bu gün Bakı kinoteatrı qarşısındakı, “Elite” ticarət mərkəzinin yanındakı və Sumqayıtdakı yarmarkalarda istehlakçılara təklif olunacaq.

Bütün məhsullar üzrə qiymətlər yarmarka qiymətlərindən 20-30% aşağı olacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗