Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Goran stansiyasına geden yolda qeydə alınıb.
Qəza 1963-cü il təvəllüdlü Mobil İsgəndərovun “VAZ-2199” markalı avtomobilin sükanı arxasında hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılması nəticəsində baş verib. Ağır bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən M.İsgəndərovun vəziyyəti orta-ağırdır.
Fakt araşdırılır.
