Osmanlı sarayının sirli mətbəxi: Sultan və şahzadələri güclü edən yeməklər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Osmanlı padşah və şahzadələrinə təqdim edilən menyu həm sirli, həm də maraqlıdır.

Osmanlı dönəmində saray mətbəxində sultan və şahzadələr üçün xüsusi menyu ilə hazırlanan yeməklər onların sağlamlıqlarını qorumaqla yanaşı cinsi gücü artırır, orqanizmi təmizləyirdi.

Padşah və şahzadələrin cinsi gücünü artırmaq üçün Osmanlı mətbəxində xüsusi hazırlıq görülürdü. Şərbət və məcunlar menyuda xüsusi yer tuturdu. Onlardan başqa afrodizyak təsirli məhsullar da yer alırdı. 

Səhər yeməyində sultan və şahzadələrə mütləq bal-qaymaq verilirdi. 

Axşam yeməyində qovurma sultan süfrəsinin vazkeçilməzi idi. Həmçinin Osmanlı sarayının mətbəxindən əskik olmayan bir tərəvəz vardı-badımcan. Ət və tərəvəzdən birgə hazırlanan yeməklər, plov süfrələri bəzəyirdi.

Topqapı sarayında Fateh Sultan Mehmet üçün xüsusi qaydada məcun hazırlanırdı. Məcunun içinə qərənfil, bibər, darçın, kərəviz, gicitkən toxumu, salqam toxumu, turp toxumu, üzərlik toxumu, çörək otu, bal qatılırdı. 

Eyni zamanda güc vermək üçün yerkökü toxumu da əlavə edilirdi.

Padşah və şahzadələr üçün hazırlanan şərbətlərin içinə böyürkən, keçibuynuzu, gül, portağal, mandarin, zəncəfil də qoyulurdu.


/Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗